İDMAN
AZƏRBAYCAN OLİMPİYAÇILARININ İKİNCİ QRUPU AFİNAYA YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Azərbaycan olimpiyaçılarının ikinci qrupu - 10 idmançı Afinaya yola düşmüşdür. Bununla əlaqədar Heydər Əliyev adına beynəlxalq hava limanında keçirilən yolasalma mərasimində ölkənin idman ictimaiyyətinin, Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri, idman pərəstişkarları olimpiyaçılara parlaq qələbələr arzuladılar. İdmançıların qohum-qardaşları milli yığma komandanın üzvlərinə xeyir-dua verdilər.
“İmproteks” şirkətinin çarter reysi ilə Afinaya sərbəst güləş üzrə 5, yunan-Roma güləşi üzrə 3, taekvondo üzrə 2 idmançı və milli yığma komandanın azarkeşləri yola düşmüşlər.
İdmançılarımıza uğurlar diləyirik.