Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır
Bakı, 29 fevral, AZƏRTAC
Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.
Təlimlər martın 6-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]