“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 28 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbu orqanı olan “Azərbaycan Ordusu” qəzetinin 28 illiyi münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verərək əməkdaşları təbrik ediblər.
Bildirilib ki, Azərbaycan mətbuatında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti ölkəmizin müstəqilliyinin bərpasından sonra ilk hərbi mətbu orqanı kimi “Xalq Ordusu” adı ilə 1992-ci il fevralın 11-də fəaliyyətə başlayıb. “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən Qarabağ müharibəsi, o cümlədən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb və müasir dövrə kimi Ordumuzun uğurlarını işıqlandırmaqla, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə xidmət edib.
Tədbirin sonunda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən redaksiyanın əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [18:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]