ORDU
Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı” kurslarının buraxılış mərasimləri keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.
Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [13:17]
Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi
- 28.06.2024 [09:59]
Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib
- 27.06.2024 [17:21]
Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər
- 27.06.2024 [16:15]
“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub
- 27.06.2024 [10:35]
Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib
- 26.06.2024 [20:50]