Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə əməliyyat-taktiki raket kompleksləri cəlb edilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən genişmiqyaslı təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədinə uyğun olaraq, raket-artilleriya bölmələri daimi dislokasiya məntəqələrini “Həyəcan” siqnalı ilə tərk edərək təyin olunan marşrutlarla hərəkət edirlər.