Azərbaycan paraatleti dünya çempionatında daha bir qızıl medal qazanıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
AZƏRTAC Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.
Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.
Qeyd edək ki, bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:40]
Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
- 16.06.2026 [13:11]