“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb
Bakı, 20 noyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Qaragözovanın “Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası işıq üzü görüb.
Müəllifin sayca altıncı, rus dilində isə ilk monoqrafiyası olan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru və “Ön söz” müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və professor Rəhilə Qeybullayevadır.
Müasir Azərbaycan ədəbiyyatının postmodernist kontekstinə həsr edilən kitab müstəqillik dövrü ədəbiyyatımızda postmodernist poetikanın təzahürlərinin sistemli şəkildə tədqiqini təqdim edən ilk monoqrafik araşdırmadır. “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postmodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və “Nəticə” hissələrindən ibarət olan araşdırmada postmodernizm cərəyanı bütün aspektləri ilə araşdırılıb və bu cərəyanın Azərbaycan ədəbiyyatında mövqeyi müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [18:57]
Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır
- 08.09.2026 [18:20]
Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Yağışlı Bakıdan FOTOLAR
- [18:02]
AZAL Ciddəyə uçuşları bərpa edir
- [16:18]