Azərbaycan Premyer Liqası: "Sumqayıt" uduzub, "Turan Tovuz" qələbə qazanıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Misli Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana "İmişli" və "Sumqayıt" komandaları çıxıblar. Quba Olimpiya İdman Kompleksinin stadionunda reallaşan görüş nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin bu qarşılaşmada İmişli təmsilçisi adı protokolda olmayan oyunçunu meydana buraxdığı üçün texniki məğlubiyyət alacaq.
Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Azərsun Arena"da "Qəbələ"ni sınağa çəkib. Bu oyunun da taleyini 1 qol həll edib. Tovuz təmsilçisi rəqibi üzərində minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. "Qarabağ" - "Zirə" (1:1) görüşü isə heç-heçə ilə yekunlaşıb. Tura sentyabrın 13-də keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]