Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Bakı, 30 mart, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Əvvəlcə meydana "Kəpəz" və "Səbail" komandaları çıxacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Turnir cədvəlində nominal meydan sahibləri 23 xalla 9-cu, qonaqlar isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Turun bağlanış oyununda isə "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.
"Qartallar" 52 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]