Azərbaycan Premyer Liqası: “Zirə” ev oyununda “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Zirə” öz meydanında “Səbail” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. “Qartallar”ın heyətində digər iki qolu 47-ci və 74-cü dəqiqələrdə Davit Volkov vurub. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqların heyətində Rauf Əliyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək qoyub.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. Doqquz xalı olan “Səbail” isə yeddinci sırada qərarlaşıb.
Günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Sabah” ilə qarşılaşacaq.
Xatırladaq ki, XI turun açılış matçında çempionatın lideri “Qarabağ” evdə “Keşlə”ni minimal hesabla üstələyib - 1:0. Tura noyabrın 21-də “Qəbələ” - “Sumqayıt” görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]