Azərbaycan Premyer Liqası: “Zirə”nin autsayder üzərində çətin qələbəsi
Bakı, 15 fevral, Elşad Qəzvini, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda çempionatın debütantı “Zirə” doğma meydanda autsayder “Rəvan” klubunu qəbul edib. Oyun ev sahiblərinin üstünlüyü ilə keçsə də, qələbə heç də asan başa gəlməyib. Nelson Bonilla 22-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb -1:0. Birinci hissənin qalan dəqiqələrində qapılara top vurulmayıb.
İkinci hissəyə də fəal başlayan ev sahibləri bir neçə epizodda yaranan əlverişli imkandan istifadə edə bilməyiblər. Əvəzində “Rəvan” hesabı bərabərləşdirib. Matçın sonuna yeddi dəqiqə qalmış Yamin Ağakərimzadənin gözlənilməz zərbəsi Çimenzi Embahın əlinə dəyərək qapıdan keçib - 1:1.
Bundan sonra bütün qüvvə ilə hücuma atılan “Zirə” qonaq müdafiəçinin əllə oyununa görə təyin olunan penaltini qola çevirib. Bonilla 86-cı dəqiqədə dublunu rəsmiləşdirib. Beləliklə, qarşılaşma 2:1 hesabı ilə “Zirə”nin xeyrinə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 38-ə çatdıran meydan sahibləri turnir cədvəlinin ikinci pilləsindəki yerini möhkəmlədib və lider “Qarabağ”la xal fərqini 6-ya endirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]