Azərbaycan Premyer Liqasının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan çempionatının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura noyabrın 19-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” - “Keşlə” oyunu ilə start veriləcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Noyabrın 20-də saat 16:00-da başlayacaq “Zirə” - “Səbail” matçının baş hakimi Əliyar Ağayev olacaq. Görüş Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.
Həmin gün “Bakcell Arena”da baş tutacaq “Neftçi” - “Sabah” görüşdə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Qarşılaşma saat 18:15-də başlayacaq.
Tura noyabrın 21-də keçiriləcək “Qəbələ” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.
Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 23 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xalı olan “Qəbələ” ikinci, bir xal az toplayan “Neftçi” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (16), “Sumqayıt” (11), “Keşlə” (10), “Səbail” (9) və “Sabah” (8) klubları yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]