Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşib
Bakı, 23 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında - noyabrın 26-da “Kəpəz” klubu “Qəbələ”ni qəbul edəcək. Günün ikinci görüşündə “Neftçi” klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun ikinci günündə isə “Sumqayıt” və “Səbail” klubları üz-üzə gələcəklər. Turun sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə”nin qonağı olacaq.
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (12), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]