Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandasının heyəti açıqlanıb
Bakı, 11 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandasının heyəti müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, rəmzi komandanın heyətinə “Qəbələ”dən 4, “Neftçi”dən 4, “Zirə”dən 2 və “Qarabağ”dan 1 futbolçu daxil edilib.
Rəmzi heyətdə Anar Nəzirov, Amin Seydiyev, İviça Juniç (“Qəbələ”), Donald Qerye, Anton Krivotsyuk, Stiven Monroz, Emin Mahmudov (“Neftçi”), Xayme Romero (“Qarabağ”), Şafik Tiqrudja, Riçard Qadze (“Zirə”) və Nikolas Raysel (“Qəbələ”) yer alıblar.
Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatında 20 turdan sonra turnir cədvəlinə 45 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (23), “Sabah” (21), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]