AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AĞSU RAYONUNDA OLMUŞDUR
Ağsu, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gəlmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki Heydər parkında ulu öndərin abidəsini ziyarət etmiş, parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olmuşlar.
Dövlətimizin başçısı və xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmiş, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
Sonra Prezident İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında, şəhər stadionunun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmiş, “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Ağsuya səfəri çərçivəsində dövlətimizin başçısı və xanımı Qəhrəmanlar parkının açılışında da iştirak etmişlər.
Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatmışdır.