AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ TELEKOMMUNİKASİYA İTTİFAQININ BAŞ KATİBİ HAMADUN TURENİ QƏBUL ETMİŞDİR
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir.
Baş katib Hamadun Ture ölkəmizdə keçirilən Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində yenidən iştirakından məmnunluğunu bildirmişdir. O, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafa nail olunduğunun əhəmiyyətini qeyd etmişdir. Hamadun Ture bu sektorda ölkəmizin həyata keçirdiyi işlərin gələcəkdə də uğurlu nəticələr verəcəyinə əminliyini bildirmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, informasiya və kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda nisbətən yaxın zamanlarda inkişafa başlasa da, bu sektorda artıq böyük irəliləyişlər əldə edilmişdir. “BAKUTEL-2009” 15-ci yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev sərgiyə marağın getdikcə artdığını və ildən-ilə daha da genişləndiyini bildirmişdir.
######
