AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN YORK HERSOQU ŞAHZADƏ ENDRYUNU QƏBUL ETMİŞDİR
Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Böyük Britaniyanın York hersoqu şahzadə Endryunu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi sahədə, o cümlədən energetika sahəsində uğurla inkişaf etdiyi bildirildi, XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının energetika sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsindəki əhəmiyyətli rolu qeyd olundu.
######
