Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN MDB ÖLKƏLƏRİNDƏ AKKREDİTƏ OLUNAN SƏFİRLƏRİNİ QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN MDB ÖLKƏLƏRİNDƏ AKKREDİTƏ OLUNAN SƏFİRLƏRİNİ QƏBUL ETMİŞDİR

Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:

-Xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimdən çox məmnunam. Səfirlərin bu iclasının keçirilməsi üçün ölkəmizi seçdiyinizə görə şadam. Eyni zamanda, bu, ölkəmizi daha yaxından tanımaq üçün yaxşı bir fürsətdir. Yəqin ki, sizlərin çoxu Azərbaycanda heç vaxt olmayıb. Əminəm ki, aparacağınız danışıqlarla yanaşı, bir az da ölkəmizlə tanışlıq imkanınız olacaqdır.

Bildiyiniz kimi, ölkələrimiz arasındakı əlaqələr uğurla inkişaf edir. Bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir. Bizim iqtisadi, enerji sahələrində yaxşı əlaqələrimiz var, siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, regional inkişaf üçün çox önəmli amildir. Azərbaycan Fransa şirkətləri üçün sərmayələr baxımından cəlbedici məkandır. Bu yaxınlarda nəhəng qaz yatağının işlənilməsinə dair böyük müqavilə imzalanıb. Ümid edirik ki, bu, uğurlu olacaq və enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Fransanın bir çox şirkətləri Azərbaycanda podratçı kimi çalışır, tenderlərdə iştirak edir, qalib gəlir və ölkəmiz üçün əhəmiyyətli olan nəhəng layihələri həyata keçirirlər.

Müstəqilliyimizin ilk illərindən yaxın keçmişədək ölkəmizin siyasətinin əsas istiqaməti xarici sərmayələrin Azərbaycana cəlb olunması idi. Bu siyasət davam edir və böyük həcmdə sərmayələrin cəlb edilməsinə nail olmuşuq. Birbaşa sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan keçmiş sovet respublikaları arasında ilk yerlərdən birini tutur. İnkişafımızın bu mərhələsində isə daxili sərmayələr xarici sərmayələrdən daha çoxdur. Bu səbəbdən də hazırda biz təkcə sərmayədarlar haqqında danışmırıq, biz, eyni zamanda, ölkəmizə zəruri olan layihələrin həyata keçirilməsi üçün yaxşı şirkətlərin, tərəfdaşların və podratçıların axtarışındayıq.

Son beş ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Biz ümumi daxili məhsulun (ÜDM) 2,6 dəfə artırılmasına nail olmuşuq. Sənaye istehsalı eyni həcmdə artıb. Biz büdcə xərclərini də eyni sürətlə 12 dəfə artırmağa nail olmuşuq. Biz yoxsulluğu 4 dəfə azaltdıq və son beş il ərzində 800 minə yaxın yeni iş yerinin açılması demək olar ki, işsizlik problemini aradan qaldırdı. Biz hazırda digər ölkələr kimi, qeyri-leqal miqrasiya problemi ilə üzləşirik və Azərbaycana xaricdən sürətlə gələn əmək qüvvəsinin fəaliyyətini tənzimləmək üçün tədbirlər görməliyik.

İqtisadi vəziyyət sabit olaraq qalır, hətta böhran dövründə iqtisadiyyatımız artır, cari ilin ilk beş ayında ÜDM 4,5 faiz artıb. Mühüm məsələ ondan ibarətdir ki, təkcə enerji deyil, əsasən qeyri-enerji sektoru da inkişaf edir. Ümumi daxili məhsulda qeyri-enerji sektorunun həcminin 6 faizdən çox olması iqtisadiyyatımızın şaxələndirilməsinə nail olduğumuzu göstərir. Biz bir çox keçmiş sovet respublikaları kimi, xarici yardımdan asılı deyilik, biz heç kimə maliyyə dəstəyi, kredit və buna aid məsələlər üçün müraciət etməmişik.

Bu, onu göstərir ki, ölkəmiz özünü tam şəkildə təmin etməyə qadirdir. Təbii ki, enerji amili enerji resursları ilə zəngin olan digər keçmiş sovet ittifaqı respublikaları kimi, ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, idarəetmənin səmərəli olması, şəffaflıq, məsuliyyət və şaxələndirmə də vacibdir. Azərbaycan indiyədək dünyada yeganə ölkədir ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün tam üzvüdür. Bizim Neft Fondumuz çox şəffaf qurumdur, BMT tərəfindən mükafatlandırılıb. Bu səbəbdən də Neft Fondunda toplanan və xərclənən vəsait çox şəffaf və tarazlıdır. Neft və qaz satışından əldə olunan vəsaitin xərclənməsi yalnız parlamentin təsdiqindən sonra mümkündür.

Neft və qaz hasilatı artır. Bu il neft hasilatı gündə 1 milyon barrelə yaxın olacaq. Hətta bu qiymətlərlə də bu çoxdur. Qaz hasilatı 27 milyard kubmetr olacaq. Son iki il ərzində Azərbaycan təbii qaz idxalçısından ixracçısına çevrilməyə nail olub. 2006-cı ilin sonunadək biz idxalçı ölkə idik. Biz 4,5 milyard kubmetr qaz idxal edirdik. Bu gün biz təbii qazımızı müxtəlif ölkələrə ixrac edirik və onun coğrafi ərazisi genişlənir. Enerji təhlükəsizliyi məsələləri üçün bu gün qaz amili neft amilindən də önəmlidir. Biz qonşu ölkələrlə, Avropa İttifaqı ilə çox yaxından çalışırıq və ümid edirik ki, ədalətli tranzit şərtlərinə nail olmaq üçün səylərimiz uğurlu olacaqdır.

Siyasətimiz çox aydındır. Biz istəyirik ki, iqtisadi sahədə digər ölkələrlə əməkdaşlığımız yaxşı beynəlxalq təcrübəyə, bazar iqtisadiyyatına və azad rəqabətə əsaslansın. Əgər bu yanaşmalar regionda üstünlük təşkil edəcəksə, biz böyük qaz yataqlarımızın daha sürətlə işlənilməsi imkanını əldə edəcəyik. Həll olunmamış tranzit məsələləri, alqı-satqı razılaşmaları səbəbindən biz artıq iki il itirmişik və bütün bunlar olmadan biz qaz layihələrinin əsas mərhələsinə sərmayə qoymağa başlaya bilmərik.

Yeri gəlmişkən, deyim ki, bu sərmayələr 20 milyard dollara yaxın olacaqdır. Bu, təkcə bizim deyil, beynəlxalq enerji şirkətlərinin də sərmayələri olacaqdır. Təbii ki, əsas sərmayə layihələrindən birinin başlanması üçün bütün razılaşmalar masa üzərində olmalıdır. Tranzit, alqı-satqı, əlavə infrastruktura sərmayələrin yatırılması həmin məsələlərdəndir. Biz avropalı tərəfdaşlarımızla bu istiqamətdə çox ciddi çalışırıq. Bizim ümumi yanaşmamız var.

Beləliklə, əminəm ki, qarşıdan gələn bir çox illər ərzində də bizim Avropa İttifaqına üzv ölkələrlə əlaqələrimizdə enerji komponenti də olacaqdır. Bu səbəbdən biz bu əlaqələrə çox geniş şəkildə baxırıq. Bu yaxınlarda biz “Şərq tərəfdaşlığı” proqramına qoşulduq. Ümid edirik ki, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa aparacaq və Fransanın Avropa İttifaqının qabaqcıl ölkələrindən biri kimi bu təşəbbüslərdə təbii ki, xüsusi rolu var.

Fransa, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri kimi bizimlə birgə çalışır və ümid edirik ki, beynəlxalq ictimaiyyətin birgə səyləri Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gətirib çıxaracaqdır. Biz hazırda hər iki tərəfin mövqeyinə dair daha çox anlayışa malikik. Danışıqlar artıq son mərhələyə qədəm qoyub. Keçmişdə elə dövrlər olub ki, aparılan danışıqlar nəticəyə yaxın olub. Lakin Ermənistanda baş verən hadisələr, bəzən isə faciəli hadisələr nəticəsində bu danışıqlar dayandırılmışdır. Başqa sözlə, bütün mümkün ssenarilər artıq müzakirə edilib. Praqa prosesi adlandırılan bu format isə yəqin ki, son imkandır. Təbii ki, biz Ermənistan tərəfindən daha konstruktiv mövqe sərgiləməyi, danışıqlar prosesində heç bir süni ləngimələrin olmayacağını gözləyirik. Çünki bu status-kvo daha bir neçə il ərzində davam edə bilməz. Atəşkəs rejiminin əldə olunmasından 15 il vaxt keçməsinə baxmayaraq, hələ də danışıqlar prosesini davam etdirməyimiz faktı münaqişəni sülh yolu ilə həll etmək istəyimizin bariz nümunəsidir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini ciddi şəkildə nəzərə almalıyıq və nizamlama prosesinin əyani icrasına başlamalıyıq.

Azərbaycanın işğal olunan bütün əraziləri azad edilməlidir ki, Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan qaçqın və köçkünlərimiz öz doğma torpaqlarına qayıda bilsinlər. Torpaqlarımız işğalçı qüvvələrdən azad olunmalıdır. Məhz bundan sonra bölgədə sülh bərqərar oluna bilər. Düşünürəm ki, bu, Ermənistan üçün də faydalı olacaq, çünki onların işğalçılıq siyasəti heç bir nəticəyə gətirib çıxarmadı. İşğal olunmuş ərazilərdə yaşayış yoxdur. Onlar çalışdılar, lakin insanların olmaması səbəbindən buna nail ola bilmədilər. İşğal olunmuş bu ərazilərdə hər şey dağıdılıb. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan regional inkişafdan, nəqliyyat yollarından, enerji əməkdaşlığından təcrid olunub.

Atəşkəsin imzalanmasından sonrakı 15 il ərzində Azərbaycan irəliyə doğru böyük addımlar atıb. Biz əsl müstəqil ölkəyə çevrilmişik. Biz müstəqil siyasət yürüdürük. Biz qərarları qəbul edərkən, hamı əmindir ki, bu qərarlar Azərbaycanda, Bakıda qəbul olunub. Ermənistana gəldikdə isə, onlar regional əməkdaşlığın bir hissəsi deyil - nə nəqliyyat, nə də enerji sahəsində. Əsasən Azərbaycanla ünsiyyəti bərpa etmədən onların gələcək inkişafı çox çətin olacaq, xüsusilə də bu, böhran zamanı mümkün olmayacaq. Böhran əslində kimin kim olduğunu göstərdi. Böhrandan öncə hamı siyasi və iqtisadi keçid dövründə çox uğurlu və səmərəli nəticələrə nail olduğunu iddia edə bilərdi. Lakin böhran bir göstəricidir. Əgər indiki dövrdə keçid mərhələsini yaşayan ölkələrə baxsaq, kimin nə etdiyini görərik.

Biz bir daha onu demək istəyirik ki, digərlərindən fərqli olaraq, bu böhranın təsirini öz resurslarımız vasitəsilə azaltmağa çalışırıq. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistan üçün mütləq faydalı olacaq, bundan sonra bütün əlaqələr bərpa ediləcək. Münaqişə həll edilmədən regional vəziyyət sabit ola bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmadan bəzi regional məsələlərin nizamlanmasına yönələn bir sıra cəhdlər uğursuz olub və uğurlu ola da bilməz. Çünki regiondakı reallıq ondan ibarətdir ki, Azərbaycanın mövqeyi və fikri mütləq nəzərə alınmalıdır. Azərbaycanın iştirakı olmadan regional inkişaf əbəsdir. Coğrafi yeri, regional mövqeyi, iqtisadi nailiyyətləri və təbii ki, enerji resursları baxımından Azərbaycanla hesablaşmalıdırlar.

Dağlıq Qarabağ münaqişəsi nizama salınmadan bəzi regional məsələlərin həllinə yönələn cəhdləri biz təbii ki, heç vaxt dəstəkləmirik. Bizim dəstəyimiz olmadan bu cəhdlərin gələcəyi yoxdur. Bunlar son ayların əsas hadisələridir. Bu, bir daha onu aydın şəkildə göstərir ki, regional məsələlər elə bir yolla həll edilməlidir ki, bütün ölkələr bundan faydalansın. Maraqlara məhəl qoymamağı planlaşdıran bir ölkədən biz əməkdaşlıq gözləyə bilmərik, bu da ədalətli deyil. Bir daha onu demək istərdim ki, bu münaqişə yalnız bizim problemimiz deyil. Bu, çox ciddi regional təhlükədir. Hazırda həssas sülh və atəşkəs rejimi mövcuddur və burada sülhün sabit və uzunmüddətli olması üçün biz müharibənin nəticələrini aradan qaldırmalıyıq. Mən sadəcə bu məsələ ilə bağlı öz fikirlərimi bölüşmək istərdim, çünki mövqeyi mənbənin özündən öyrənmək vacibdir.

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının dostu və tərəfdaşı kimi bu qurumla olan münasibətlərdən çox razıdır. Bununla belə, biz qarşılıqlı şəkildə faydalı, daha çox əməkdaşlıq, daha çox əlaqələr yaratmaq istəyirik. Bu mənada Azərbaycan ilə Fransa arasındakı əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Çox şadam ki, ölkənizin səfirləri Azərbaycana səfər ediblər. Ümid edirik ki, Azərbaycana səfəriniz maraqlı olacaq. Sizə və ölkənizə uğurlar arzulayıram. Bir daha sizi görməkdən şadam.

                                                         X X X

Fransa Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə idarəsinin direktor müavini Erik MİLLE qəbula görə təşəkkür edərək dedi:

-Cənab Prezident, vaxt tapıb bizi qəbul etdiyinizə görə çox sağ olun. Azərbaycanın əldə etdiyi nailiyyətləri və ölkəni narahat edən problemlər haqqında fikirlərinizi bizimlə bölüşdüyünüzə görə, Sizə öz həmkarlarım adından dərin təşəkkürümü bildirirəm.

Qafqaz ölkələri, Şərqi Avropa, Mərkəzi Asiya və Rusiyada çalışan həmkarlarım - səfirlərdən ibarət nümayəndə heyəti bu görüş vasitəsilə ölkənizi daha yaxşı tanımaq fürsətini əldə etdi. Təbii ki, bu görüşün baş tutmasında həmkarım cənab Qabriel Kellerin xidmətini də xüsusi qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək, Fransa ilə Azərbaycan arasında Sizin sayənizdə yüksək dərəcədə inkişaf etmiş münasibətlərə görə minnətdarlığımızı bildiririk. Əlaqələrimiz bir çox sahələrdə genişlənir. Azərbaycan Fransa üçün mühüm tərəfdaşdır. Bizi qəbul etdiyinizə görə bir daha Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV:

-Sağ olun. Qeyd etmək istəyirəm ki, tərəfdaşlığımız nisbətən yeni olsa da, lakin onun yaxşı tarixi var. Müstəqilliyimizi əldə etdiyimiz dövrdən etibarən Fransa ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bir daha qeyd etmək istəyirəm ki, rəhmətlik atam Heydər Əliyevin Prezident kimi ilk rəsmi səfəri məhz Fransaya olmuşdu. O, 1993-cü ildə prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etdi. Bu ənənə davam edir. 2003-cü ildə mənim prezident kimi ilk rəsmi səfərim Fransaya oldu. Həmin vaxtdan etibarən bir çox tədbirlər keçirilib. Mən ölkənizin rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişəm. Mənim əvvəlki Prezidentlə, o cümlədən hazırkı Prezident cənab Sarkozi ilə çox yaxşı, səmimi münasibətlərimiz var. Onunla çox yaxşı müzakirələrimiz olub.

Azərbaycanın enerji siyasəti çox aydındır. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan etmiş ilk ölkə olduq. Xarici şirkətlərlə birgə Xəzər dənizindən Aralıq dənizinə qədər boru kəmərini tikmiş ilk ölkə biz olduq. Bu, bir növ qapıları açdı. Sonra isə ikinci qaz xətti çəkildi.

Biz iqtisadiyyatımızın tamamilə şaxələndirilməsinə nail olmuşuq. İqtisadi islahatlar siyasətini həyata keçirmişik. 2008-ci ildə Dünya Bankı öz hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Bütün bunlar birdən-birə baş verməyib, biz uzun yol keçmişik. Əgər sizin özünüzə inamınız varsa, resurslara maliksinizsə və özünüzü təmin edirsinizsə, o zaman siz digərlərindən asılı deyilsiniz.

Prezident İlham Əliyev onu da dedi ki, Avropa İttifaqı hazırda dünyada təkmil sistemlərdən biridir. Quruma üzv olan ölkələr böyük inkişaf yolu keçib, aralarındakı sərhədləri tam açıblar. Əfsuslar olsun ki, Avropadan fərqli olaraq, Azərbaycanın yerləşdiyi region sabit deyildir. Regionda münaqişələrin mövcudluğu bu reallığı ortaya qoyur. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan heç kimin daxili işlərinə qarışmır, qonşularla olan münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan dünyəvi dövlətdir, ölkəmiz öz dini və milli dəyərlərini qoruyaraq ümumbəşəri dəyərlərə də sadiqdir. Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərini bundan sonra da möhkəmləndirmək əzmindədir.

Görüşün sonunda Fransanın MDB ölkələrində akkreditə olunmuş səfirləri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür