AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRİ QRİQOL VAŞADZENİ QƏBUL ETMİŞDİR
Bakı, 15 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin ayrı-ayrı istiqamətlərdə inkişaf etdiyi vurğulandı, münasibətlərin genişlənməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi, Gürcüstanın xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######
