AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİNSKİN “QƏLƏBƏ” MEYDANINDAKI ABİDƏNİ ZİYARƏT ETMİŞDİR
Minsk, 12 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Minsk şəhərinin “Qələbə” meydanında azadlıq rəmzi kimi ucaldılmış abidəni ziyarət etmişdir.
Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





