AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYANIN BAŞ NAZİRİNİ QƏBUL ETMİŞDİR
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da işə başlayacaq beynəlxalq konfransın çox böyük əhəmiyyəti olduğunu vurğuladı, Azərbaycanın Avropa strukturlarına daha sıx inteqrasiyası sahəsində atılan addımlardan ətraflı söhbət açdı.
Görüş zamanı bildirildi ki, Azərbaycan ilə Rumıniya arasında sıx dostluq və əməkdaşlıq mövcuddur. Hər iki ölkənin əməkdaşlıq sahəsində çoxlu proqram və layihələri vardır və bunlar uğurla həyata keçirilir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Rumıniya Azərbaycanda həyata keçirilən irimiqyaslı neft və qaz layihələrinə, o cümlədən ölkəmizdə hasil edilən neftin və qazın gələcəkdə Avropaya çatdırılması məqsədi daşıyan layihələrə çox böyük maraq göstərir və bunlarda fəal iştirak etmək fikrindədir.
Mövcud dostluq və əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək üçün ölkələrimizin hökumətlərinin səyləri artırmasının zəruriliyi bildirildi.
Daha sonda Prezident İlham Əliyev və Baş nazir Adrian Nestase ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı yeni layihələr barədə ətraflı fikir mübadiləsi apardılar.