AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YALTA ŞƏHƏRİNİN BAŞÇISI SERGEY BRAYKONU QƏBUL ETMİŞDİR
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər çərçivəsində Yalta və Xaçmaz şəhərlərinin uğurlu əməkdaşlığından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, qonağın ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəkdir.
Yalta şəhərinin başçısı Sergey Brayko ölkəmizdə olduğu müddətdə Bakıda və Xaçmazda çox böyük inkişaf proseslərinin getdiyinin, geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyinin şahidi olduğunu vurğuladı.
######
![]() |
![]() |

