Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident, əziz qardaşım!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Abdullah Gülü Azərbaycanda bir daha ürəkdən salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm!

Biz bu gün çox geniş fikir mübadiləsi, çox geniş danışıqlar apardıq və bir daha gördük ki, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq əlaqələri ən yüksək zirvədədir. Cənab Prezident, biz çox məmnunuq və çox şadıq ki, Siz ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Bunun çox böyük mənası var. Bu bir daha onu göstərir ki, bizim ölkələrimiz bir-birinə nə qədər bağlıdır. Bizim aramızda həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə - bütün sahələrdə çox yüksək əməkdaşlıq səviyyəsi vardır. Biz ikitərəfli münasibətlərin inkişafı, siyasi əlaqələrin möhkəmləndirilməsi üçün lazımi tədbirləri görürük. Bölgədə gedən proseslərə vahid mövqedən yanaşırıq, bu da çox vacibdir. Çünki bizim bölgəmizdə baş verən hadisələr ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bizim vahid mövqeyimiz ölkələrimizi gücləndirir və xarici siyasətdə mövcud olan koordinasiya, əlbəttə ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələri də möhkəmləndirir.

İqtisadi sahədə böyük nəticələr vardır. Ancaq əminəm ki, gələcəkdə daha da böyük nəticələr əldə olunacaqdır. Sabah keçiriləcək Türkiyə-Azərbaycan biznes forumunun bu işdə çox böyük rolu vardır. Mən bilirəm ki, Sizinlə bərabər Azərbaycana çox böyük iş adamı heyəti gəlmişdir. Bu da bizi çox sevindirir. Çünki bu, imkan verəcək ki, gələcək illərdə iş adamları arasında əməkdaşlığı daha da irəliyə aparaq və iqtisadi layihələrin həyata keçirilməsi ölkələrimizə böyük fayda gətirəcəkdir.

Bizim aramızda energetika sahəsində çox gözəl əməkdaşlıq var və bunun çox gözəl nəticələri vardır. Biz birlikdə tarixi layihələri həyata keçirmişik. Neft-qaz layihələrinin həyata keçirilməsi çox böyük nailiyyətdir və Azərbaycanın müstəqilliyini möhkəmləndirən amildir, ölkəmizin bundan sonra da uzun illər uğurlu inkişafının təminatçısıdır. Bu işlərdə Türkiyə və Azərbaycan rəhbərliklərinin, hökumətlərinin birgə fəaliyyəti bizə imkan verir ki, çox çətin anlarda qarşıda duran bütün vəzifələri şərəflə icra edək.

Mən əminəm ki, gələcək illərdə bizim əməkdaşlığımız ancaq və ancaq artacaqdır. Xalqlarımız arasında olan qardaşlıq münasibətləri, dövlətlərimiz arasında əlaqələr və türk dünyasının iki böyük şəxsiyyətinin bizə vəsiyyət etdiyi siyasət bunu deməyə əsas verir. Böyük öndər Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın kədəri bizim kədərimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar bizim gələcək əməkdaşlığımızın çərçivələrini müəyyən edir. Mən şübhə etmirəm ki, ölkələrimiz bu bölgədə gedən proseslərə gələcəkdə daha da böyük təsir göstərəcəkdir.

Azərbaycan son 16 il ərzində müstəqil ölkə kimi inkişaf etmişdir. Dünyada və bölgədə özünəməxsus yerini tuta bilmişdir. Artıq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr və atılan addımlar bölgədə sülhə, təhlükəsizliyə, əməkdaşlığın inkişafına öz mühüm töhfəsini verir. Türkiyə bizim ən böyük müttəfiqimizdir, ən böyük dostumuzdur və Azərbaycan həmişə Türkiyə Cümhuriyyətinin dəstəyinə arxalanaraq, öz dövlət müstəqilliyini möhkəmləndiribdir. Bu gün Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir.

Biz xalqlarımızın və ölkələrimizin üzləşdiyi bütün məsələlərdə bir-birimizə dəstəyimizi davam etdiririk. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu çox müsbətdir. Həmişə Azərbaycanın haqlı mövqeyini, ədalətli mövqeyini dəstəkləmişdir və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması üçün öz səylərini göstərmişdir. Biz bu gün də bu dəstəyi hiss edirik və bu, bizə əlavə güc verir. Eyni zamanda, Azərbaycan da bütün dövrlərdə Türkiyənin haqq işini dəstəkləmişdir. Biz erməni lobbisinin və Ermənistanın Türkiyəyə qarşı əsassız ittihamlarını qətiyyətlə pisləyirik.

Bu yaxınlarda Amerika Konqresinin Xarici əlaqələr komitəsində keçirilən müzakirələrə və qəbul edilmiş ədalətsiz qərara biz öz etirazımızı bildirmişik və bu gün də bunu bildiririk. Hesab edirik ki, Türkiyəyə qarşı əsassız ittihamlara son qoyulmalıdır. Bunların nə tarixi əsası, nə də siyasi əhəmiyyəti var. Bütün başqa məsələlərdə, Kipr məsələsində, Şimali Kiprin təcridolunma vəziyyətindən çıxarılması işində Azərbaycan öz dəstəyini göstərmişdir və göstərəcəkdir. Bu məsələ ədalətli şəkildə həll olunmalıdır, Birləşmiş Millətlər Təşkilatının təklifləri əsasında öz həllini tapmalıdır.

Biz Türkiyənin terrora qarşı mübarizəsini, PKK terrorçu təşkilatına qarşı bütün əməliyyatlarını dəstəkləyirik və həmişə Türkiyənin yanında olacağıq. Bu, bizim mövqeyimizdir. Bu mövqe qardaşlıq duyğuları əsasında formalaşıbdır. Bununla bərabər, indiki zəmanədə Türkiyə və Azərbaycan, iki qardaş müstəqil ölkə bir-birini dəstəkləməklə həm də hər biri öz ölkəsini dəstəkləmiş olur. Bölgədə sülhün, təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Bizim işimiz haqq işidir və bütün işlərdə ədalətin tərəfdarıyıq, normal davranışın, bölgədə sülhün tərəfdarıyıq. Biz sülhsevər siyasət aparırıq, ancaq eyni zamanda, bizə qarşı edilən bütün hərəkətlərə öz cavabımızı verəcəyik.

Bu səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və sabah davam etdiriləcək məsləhətləşmələr, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir. Biz bunu arzulayırıq. Biz istəyirik ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra da inkişaf etsin, xalqlarımız üçün yeni imkanlar açsın. Həm iqtisadi sahədə, həm mədəni sahədə - bütün sahələrdə bizim aramızda olan əlaqələr güclənsin, xalqlarımız bir-birinə daha da yaxın olsunlar.

Cənab Prezident, Sizi Azərbaycanda bir qardaş kimi, dost kimi salamlayırıq. Mən deyə bilərəm ki, bu gün bütün Azərbaycan xalqının duyğularını ifadə edirəm və Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib