AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANA İŞGÜZAR SƏFƏRİ
SOFİYA ŞƏHƏRİNİN BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də
Bolqarıstan Respublikasında işgüzar səfərdə olmuşdur.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.
Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
######
