Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Əziz idmançılar!

Mən sizin hamınızı salamlayır və Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Bu illər ərzində Azərbaycan Milli Olimpiya Komitəsi çox şərəfli bir yol keçmişdir. Biz qarşımıza qoyduğumuz bütün vəzifələri həll etmişik. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir və idmançılarımızın çıxışlarında və Azərbaycanda idman infrastrukturunun gücləndirilməsində biz bunu görürük. İdmançılarımız bizi sevindirir, müxtəlif beynəlxalq yarışlarda doğma vətənimizi çox ləyaqətlə təmsil edir, hər il yüzlərlə medallar vətənə gətirirlər. Təkcə bu il idmançılarımız beynəlxalq yarışlarda 300-dən çox medal qazanmışlar və bunların 127-si qızıl medaldır. 127-si olimpiya idman növlərində qazanılmış medallardır.

Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya idman növləri inkişaf edir. Biz bu idman növləri arasında heç vaxt fərq qoymamışıq. Çünki Azərbaycanda idmanın hər bir növü bizim üçün lazımdır, bizim üçün vacibdir və bütün idman növlərində iştirak edən idmançılar bizim fəxrimizdir. Azərbaycanda idmana bundan sonra da böyük diqqət göstəriləcəkdir. Bu diqqət və qayğı nəticəsində idman infrastrukturu yeniləşir, müasirləşir. Bu məsələyə çox böyük diqqət göstərilir.

Bilirsiniz ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildən başlayaraq bu günə qədər Azərbaycanda, xüsusilə bölgələrdə idman kompleksləri tikilir və ən yüksək səviyyəyə cavab verən komplekslər idmançıların sərəncamına verilmişdir.

Bu günə qədər 13 Olimpiya idman kompleksi tikilmişdir və 18 kompleksin tikintisi gedir. Gələcəkdə Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir infrastruktur yaradılacaqdır. Bu komplekslərdə həm yerli idmançılar öz peşəkarlığını artıracaqlar, həm də o rayonlarda yaşayan insanlar komplekslərdən səmərəli istifadə edəcəklər və edirlər. Eyni zamanda, onlarda müxtəlif beynəlxalq yarışlar da keçirilə bilər. Azərbaycanda artıq belə bir təcrübə var. Bölgələrdə yerləşən Olimpiya komplekslərində dünya səviyyəli beynəlxalq yarışlar da keçirilir. Bütövlükdə, biz bu sahəyə də böyük diqqət göstəririk.

Azərbaycanda son illər ərzində bir neçə mötəbər beynəlxalq yarış - bədii gimnastika və güləş üzrə Avropa və dünya çempionatları keçirilmişdir. Güləş üzrə dünya çempionatında iştirak etmiş ölkələrin sayı 103-ə çatmışdır və bu, Beynəlxalq Güləş Federasiyası tərəfindən keçirilmiş tədbirlər arasında rekord göstəricidir. Bütün dünyada güləşlə məşğul olan ən güclü idmançılar Azərbaycana toplaşmışdılar və bu çempionat ən yüksək səviyyədə keçmişdir. Yəni, mötəbər beynəlxalq yarışların keçirilməsində bizim çox gözəl təcrübəmiz var.

Biz beynəlxalq əlaqələri genişləndirir və möhkəmləndiririk. Azərbaycan dünya olimpiya hərəkatında özünəlayiq yerini tuta bilmişdir. Avropa Olimpiya Komitəsi çərçivəsində çox fəal işləyir. Müxtəlif ölkələrlə bizim çox səmərəli əməkdaşlığımız var. Müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, prezidentləri Azərbaycana dəfələrlə gəlmiş, vəziyyətlə tanış olmuşlar və bu da bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirir.

Mən xatırlayıram ki, bir neçə il bundan əvvəl Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti cənab Roqq çıxışlarının birində - Avropa Olimpiya Komitəsinin yığıncağında demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti bütün başqa olimpiya komitələri üçün nümunə ola bilər. Bu, bizim işimizə verilən böyük qiymətdir və bildiyiniz kimi, Azərbaycan dünyada artıq özünü idman ölkəsi kimi tanıda bilibdir. Bizim fəaliyyətimiz, idmana göstərilən diqqət və əlbəttə, idmançılarımızın uğurlu çıxışları belə bir nəticəyə gətirib çıxarıbdır.

Əlbəttə ki, idman infrastrukturunun yaradılması çox böyük əhəmiyyət kəsb edir. Ancaq idmançıların çıxışları, onların uğurlu fəaliyyəti bizim xalqımızı sevindirən ən böyük amillərdir. Ölkəmizin bayrağı beynəlxalq yarışlarda hər dəfə qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşının ürəyi qürur hissi ilə dolur. Bu, Azərbaycanın şöhrətidir, Azərbaycanın qələbəsidir və mən istəyirəm ki, belə qələbələrin sayı çox olsun və ildən-ilə artsın. Biz müstəqil ölkə kimi Olimpiya oyunlarında da çox uğurla iştirak etmişik, çıxış etmişik. Sidney və Afina Olimpiya oyunlarında idmançılarımız 8 medal qazanmışlar. Onlardan 3-ü qızıl medal olmuşdur. Bu, dünya ölkələrinin reytinqi çərçivəsində çox yüksək göstəricidir.

İndi Pekin yay Olimpiya oyunlarına hazırlıq prosesi gedir. Artıq 15 lisenziya qazanılmışdır. Əminəm ki, növbəti mərhələdə bu lisenziyaların sayı kəskin şəkildə artacaqdır. Ümid edirəm ki, bizim idmançılarımız Pekində də öz imkanlarını, peşəkarlığını göstərərək, doğma Vətənə medallar gətirəcəklər.

Azərbaycanda indi idmana göstərilən diqqət çox yüksək səviyyədədir. İdmançıların məişət problemləri öz həllini tapır. Hər ilin yekunlarına görə, 20-dən çox idmançıya mənzillər verilir, idmançılara, idman mütəxəssislərinə, məşqçilərə digər yardımlar göstərilir. Yəni bu, bizim idmana olan münasibətimizin göstəricisidir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda idmana rəhbərlik edən qurumlar bir kollektiv şəklində fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - bütün qurumların işində böyük dərəcədə əlaqələndirmə var və bu da çox müsbət bir haldır. Olimpiya hərəkatında müəyyən təcrübə toplamış insan kimi deyə bilərəm ki, bəzi ölkələrdə əsas gərginlik məhz nazirliklə Olimpiya komitəsi arasında müşahidə olunur. Belə olan halda, əlbəttə ki, idmana o qədər də böyük diqqət göstərilmir. Azərbaycanda son 10 il ərzində idmana cavabdehlik daşıyan bütün qurumlar vahid komanda kimi işləyirlər və bizim uğurlarımızın böyük hissəsi bu amillə bağlıdır.

Biz gələcəyə baxırıq. İdmana bundan sonra da diqqət göstərəcəyik. İdman məqsədlərinə nəzərdə tutulan büdcə xərcləri ildən-ilə artır. Bu bizə imkan verəcək ki, Azərbaycanda ən müasir idman infrastrukturu yaradılsın. Mən artıq qeyd etdim ki, 13 olimpiya kompleksi tikilib, 18-i tikilməkdədir, ondan sonra da tikiləcəkdir. Amma bununla bərabər, bəzi federasiyalar özləri yeni olimpiya komplekslərinin tikilməsi ilə məşğuldur. Artıq belə komplekslər var və indi Azərbaycanda idmanla məşğul olmaq üçün bütün şərait var.

Amma, yenə də deyirəm ki, biz gələcəyə baxmalıyıq. Həm idman infrastrukturunun möhkəmlənməsinə, həm idmançıların təlim-məşq toplanışlarının yüksək səviyyədə keçirilməsinə, peşəkarlıq, hazırlıq səviyyəsinin qaldırılmasına, həm də idman mütəxəssislərinin yetişdirilməsinə, uşaq idmanına, yeniyetmə idmanına daha da böyük diqqət göstərməliyik. Mən çox şadam ki, Azərbaycanda idmançıların çox güclü gənc nəsli yetişir. Azərbaycanda idmançı olmaq indi çox şərəfli bir işdir. Bu, məhz ona görədir ki, cəmiyyətdə idmançılara böyük rəğbət, böyük hörmət var. İndi müxtəlif bölgələrdə, rayonlarda tikilən olimpiya idman komplekslərinə güclü axın var. Uşaqlar, yeniyetmələr idmanla məşğul olurlar. İdmanla məşğul olan insanlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar, pis vərdişlərdən uzaq olurlar. Fiziki cəhətdən güclü insan özünü daha arxayın hiss edir. Əsl idmançı ondan zəif olan adama heç vaxt əl qaldırmaz, əksinə, əgər kiməsə yardım etmək lazım olacaqsa, idmançılar, əlbəttə, ən zəif adamın köməyinə yetişəcəklər.

Biz indi böyük planlar qururuq. Ən önəmlisi isə, Azərbaycan artıq özünü o qədər arxayın, o qədər inamlı hiss edir ki, bildiyimiz kimi, 2016-cı ildə Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi haqqında rəsmi müraciət göndərmişik. Azərbaycanın paytaxtı yeddi ən inkişaf etmiş şəhərlərin arasındadır və biz bununla, bir tərəfdən, onu göstəririk ki, ölkəmizdə idmana çox böyük diqqət göstərilir və idmanın inkişafına çalışacağıq. Digər tərəfdən, bu, onu göstərir ki, gənc müstəqil dövlət, cəmi 16 il müstəqil dövlət kimi yaşayan Azərbaycan artıq özünü o qədər güclü hesab edir ki, Olimpiya oyunları kimi dünya miqyaslı beynəlxalq yarışların keçirilməsinə də cəhd edir. Bu, ölkəmizin gücünü, artan imkanlarımızı göstərir. Azərbaycan müstəqillik əldə edəndə həm iqtisadi, həm siyasi cəhətdən, həm də sosial məsələlərin kəskinləşməsi baxımından ən ağır vəziyyətdə olan ölkə idi. Tənəzzül, böhran və xaosun hökm sürdüyü o günləri hamımız yaxşı xatırlayırıq. Ancaq ötən illər ərzində Azərbaycan nəinki o ağır, çətin günlərin acı nəticələrini arxada qoyub, həm də inkişaf edir. Bu gün bizim inkişafımız o dərəcəyə çatıb ki, Olimpiya oyunları da keçirməyə hazırıq. Biz bunu nəinki 2016-cı ildə, hətta 2012-ci ildə də keçirməyə hazırıq. Amma 2012-ci ildə artıq başqa yerdə keçiriləcəkdir. Ola bilsin ki, 2016-cı ildə Azərbaycan bu məqsədə çatmayacaq, çünki, Olimpiya oyunlarının tarixi onu göstərir ki, ilk dəfə müraciət edən şəhər heç vaxt mükafatlandırılmır. Ancaq şübhə etmirəm ki, 2016-cı ildə olmasa da, 2020-ci ildə biz ən layiqli namizədlərdən biri olacağıq. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Mən bu gün bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini təbrik etmək istəyirəm. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, mənim də həyatımın 10 ili idmanla bağlıdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilərkən idmançılara və bütün idman ictimaiyyətinə söz vermişdim ki, mən əlimdən gələni edəcəyəm ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idmançıların problemləri həll olunsun, Azərbaycan güclü idman dövlətinə çevrilsin. Mən çox şadam ki, qarşıya qoyduğumuz bütün vəzifələr öz həllini tapıbdır. Elə bir məqam yoxdur ki, biz indi deyək ki, buna nail ola bilməmişik. İdmançılar yaxşı bilirlər ki, dünya, Avropa çempionatlarında, müxtəlif yarışlarda, əlbəttə, qələbə də olur, məğlubiyyət də olur. Bundan heç kim sığortalanmamışdır. Amma əsas odur ki, Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılar öz peşəkarlığını artırırlar, Azərbaycan sözün əsl mənasında idman dövlətinə çevrilibdir.

Mən bütün idmançıları, bütün dostlarımı, bütün əməkdaşları, yəni həmkarlarımı bu gözəl bayram münasibətilə bir daha təbrik etmək istəyirəm. Bütün qonaqları bir daha salamlamaq istəyirəm. Mən bu gün bayramda iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları qəbul etdim, onlar çox gözəl ürək sözlərini dedilər.

Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm və idmançılara gələcək qələbələr arzulayıram. Sağ olun.

X X X

 
Sonra Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Polşa Olimpiya Komitəsinin sədri Pyotr Nurovski çıxış etdi.
 
 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub