AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN DMANİSİ MƏKTƏBLİLƏRİNƏ QAYĞISI
Bununla əlaqədar həmin məktəblərdə yığıncaqlar keçirilmişdir. Yığıncaqlar başlanmazdan əvvəl Prezident Heydər Əliyevin nurlu və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə çıxış edənlər Prezident Heydər Əliyevin Gürcüstan azərbaycanlılarına, ümumən, Gürcüstana daim qayğı göstərdiyindən minnətdarlıqla danışdı, bu yardıma görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.
Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Sultan Məmmədov demişdir ki, Prezident İlham Əliyevin göstərişi ilə Gürcüstandakı Azərbaycan məktəblərinə yardım bundan sonra da davam etdiriləcəkdir.
Sonra qonaqlar rayonun Qarabulaq və Məmişlər kəndlərinə gedərək, yerli məktəb binalarının vəziyyəti ilə tanış olmuş, məktəblərin ehtiyacları ilə maraqlanmışlar. Məmişlər kəndinin sakinləri ən çox yol sarıdan əziyyət çəkdiklərini bildirmişlər. Nümayəndə heyəti rayon mərkəzindən kəndə gedən 8 km uzunluğunda yolun təmiri üçün maddi vəsait vermişlər.