Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar, mən sizin hamınızı “Səngəçal” elektrik stansiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Stansiyanın açılışı böyük nailiyyətdir. Bu müasir stansiya Azərbaycana xidmət göstərəcəkdir. Azərbaycanın energetika potensialının güclənməsində öz müsbət rolunu oynayacaqdır.

Bildiyiniz kimi, Azərbaycan dövləti elektroenergetika sahəsinə çox böyük diqqət göstərir. Son illər ərzində bu sahədə görülən işlər ölkəmizin iqtisadi baxımdan inkişafı üçün çox müsbət rol oynamışdır. Bu stansiya son dörd il ərzində Azərbaycanda tikilən altıncı modul tipli stansiyadır. Birinci stansiya Astarada tikilmişdir. Ondan sonrakı illərdə Xaçmazda, Şəkidə, Naxçıvanda, Bakıda modul tipli stansiyalar tikilmişdir. “Səngəçal” elektrik stansiyası onların arasında ən güclüsüdür, burada 300 meqavat elektrik enerjisi istehsal olunacaqdır. Bildiyiniz kimi, bunun bir üstünlüyü də ondan ibarətdir ki, bu stansiya həm qazla, həm mazutla, həm də dizel yanacağı ilə işləyəcəkdir. Yəni bu stansiyadan istənilən rejimdə istifadə etmək mümkün olacaqdır.

Biz bütün bu işləri ona görə görürük ki, Azərbaycanda son illər ərzində iqtisadi inkişaf çox sürətlə gedir və tələbatımız da artır. Yeni müəssisələr, fabriklər, zavodlar yaradılır, yeni iş yerləri açılır. Təkcə son beş il ərzində 750 min yeni iş yeri açılmışdır ki, bunların böyük əksəriyyəti Azərbaycanın bölgələrindədir. Təsadüfi deyil ki, biz yeni modul tipli elektrik stansiyalarını ilk növbədə Azərbaycanın bütün bölgələrində yerləşdirdik. Əgər Azərbaycanın xəritəsinə baxsaq görərik ki, artıq hər bir bölgədə modul tipli stansiya vardır. Bu gün isə biz Səngəçalda da gözəl stansiyanın açılışında iştirak edirik.

Ancaq bununla bərabər, biz bu istiqamətdə öz işlərimizi davam etdirməliyik və edirik. Hazırda üç böyük elektrik stansiyasının tikintisi davam edir. Sumqayıtda 500 meqavat gücündə elektrik stansiyasının tikintisi gələn ilin əvvəlində başa çatacaqdır. Şirvan şəhərində bir müddət bundan əvvəl yeni, müasir, 800 meqavat gücündə stansiyanın tikintisinə başlanmışdır. Eyni zamanda, Qubada modul tipli stansiyanın tikintisi nəzərdə tutulubdur. Yaxın gələcəkdə tikiləcək sadaladığım üç elektrik stansiyasının ümumi gücü 1500 meqavat olacaqdır. Yəni bu, bir daha onu göstərir ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından özünü tam təmin edir. Azərbaycanın bölgələrinə 24 saat ərzində elektrik enerjisi vermək üçün bütün texniki imkanlar var. Yeni stansiyalar tikilib, elektrik xətləri çəkilibdir. Beləliklə, bir daha demək istəyirəm ki, bax bu stansiyalarla biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını gücləndiririk.

Energetika hər bir ölkə üçün aparıcı sahədir. Hər bir ölkənin inkişafı üçün ən başlıca rol oynayan sahə energetikadır. Energetika olmasa, yaxud da kifayət qədər potensial olmasa, heç bir layihəni icra etmək mümkün deyildir. Biz bütün bunları ona görə edirik ki, Azərbaycanın artan imkanlarını təmin edək. Çünki bizim iqtisadi inkişafımız gələcəkdə də yüksək sürətlə davam edəcəkdir. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından bütün dünyada birinci ölkədir. Azərbaycanda mövcud olan iqtisadi artım heç bir başqa ölkədə olmamışdır və yəqin ki, gələcəkdə olmayacaqdır. Yəni biz qısa müddət ərzində ölkəmizin inkişafı üçün çox böyük işlər görürük. Məhz energetika sahəsində yeni iş yerləri açıldı, yeni infrastruktur layihələri icra olunur, ölkəmizin bütün bölgələrində sosial obyektlərin tikintisi, infrastruktur obyektlərinin tikintisi uğurla davam edir. Bütün bunlar gələcəkdə də davam edəcəkdir. Növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafının yeni geniş Dövlət proqramı hazırlanır və o proqramda bu vaxta qədər həll olunmamış bütün məsələlər öz əksini tapacaqdır. O cümlədən, elektroenergetika sahəsinin inkişafı üçün lazımi tədbirlər nəzərdə tutulur.

Əlbəttə, növbəti illərdə yeni stansiyaların tikintisi nəzərdə tutulacaqdır. Ancaq bir halda ki, artıq biz öz tələbatımızı təmin etmişik və hətta Azərbaycan elektrik enerjisini xaricə də ixrac etməyə başlamışdır, qarşıdakı illərdə biz gərək daha çox su elektrik stansiyalarının tikintisinə diqqət göstərək. Bu məsələnin həlli üçün müvafiq göstərişlər verilibdir. “Azərenerji”də lazımi tədbirlər, işlər görülübdür. Demək olar ki, proqram hazırdır. Biz bütün su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə etməliyik və su elektrik stansiyalarının tikintisi Azərbaycanda geniş vüsət almalıdır. Artıq bu proses başlamışdır. Naxçıvanda Vayxır gölündə su elektrik stansiyası artıq fəaliyyətdədir. Orada növbəti elektrik stansiyası tikilməkdədir. Azərbaycanın bütün bölgələrində, harada ki, imkan var, biz bunu etməliyik. Əlbəttə, bu, həm enerji potensialımızı daha da gücləndirəcək, həm də iqtisadi cəhətdən çox sərfəlidir.

Onu da qeyd etmək istəyirəm ki, - energetiklər bunu yaxşı bilirlər, - əvvəllər Azərbaycanda fəaliyyət göstərən elektrik stansiyalarında şərti yanacağın sərfi həddindən artıq yüksək idi. Biz yeni stansiyalarda bu məsələni bütün beynəlxalq normalara, standartlara uyğun şəkildə həll etmişik. Əvvəlki stansiyalardan fərqli olaraq, bu stansiyada, demək olar ki, iki dəfə az yanacaq sərf ediləcəkdir. Bu da böyük qənaətdir. Bu stansiya həm qazla, həm də mazutla işləyəcəkdir. Biz bu qənaət hesabına öz ixrac imkanlarımızı daha da artıracağıq və beləliklə, ölkəyə daha da çox vəsait gələcəkdir. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır.

Bir daha demək istəyirəm, bu sahədə görülən işlər ilk növbədə bir məqsəd güdürdü ki, Azərbaycanın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilsin. Mən bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Mən bu münasibətlə bu sahədə, “Azərenerji” sistemində işləyən bütün əməkdaşlara bir daha öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz qısa müddət ərzində yüksək keyfiyyətlə 6 modul tipli elektrik stansiyasının tikintisinə nail ola bilmisiniz. Bax, bu stansiya cəmi ilyarım ərzində tikilibdir. Yəni bu, 300 meqavat gücündə olan stansiyanı cəmi ilyarıma tikmək tarixdə görünməmiş bir hadisədir. Ondan kiçik olan stansiyaları 6 aya, 8 aya tikmisiniz. Yəni bu, böyük nailiyyətdir. Onu göstərir ki, indi bizim texniki imkanlarımız çox böyükdür və Azərbaycan dövləti, Azərbaycan şirkətləri əgər hansısa işi başlayırsa, onu qısa müddət ərzində və böyük keyfiyyətlə icra edir.

Mən bu gün çox da müqayisə aparmaq istəmirəm. Amma bir məsələni demək istəyirəm. Biz elektroenergetika sahəsinin inkişafı üçün lazımi tədbirləri görməyə başlayanda, təxminən 4-5 il bundan əvvəl Azərbaycanın maliyyə imkanları bugünkü kimi deyildi. Yəni biz daha çox xarici kreditlərdən asılı idik. Çalışırdıq ki, xarici kreditləri cəlb edək və bu kreditlər hesabına energetika sahəsini gücləndirək. Sumqayıt buxar-qaz elektrik stansiyasının tikintisi məhz o əsaslarla icra olunur. Tikinti çoxdan başlanmışdır, biz 2005-ci ildə Sumqayıt elektrik stansiyasının təməlini qoymuşuq. Mən şəxsən o mərasimdə iştirak edirdim. Artıq indi 2008-ci il başa çatır, hələ stansiya hazır deyil, yəni biz onun açılışını yəqin ki, gələn ilin əvvəlində qeyd edəcəyik. Yəni, biz demək olar ki, beş il ərzində 500 meqavat gücündə bir elektrik stansiyasının tikintisinə nail oluruq.

Ancaq öz gücümüz hesabına, Azərbaycanın maliyyə imkanları hesabına və “Azərenerji”nin birbaşa iştirakı hesabına bu müddət ərzində təkcə modul tipli elektrik stansiyalarının sayı altıya çatıbdır. Ondan əlavə, mövcud olan stansiyalarda təmir işləri aparılıbdır. Biz enerji gücümüzü böyük dərəcədə artırmışıq. Yəni budur Azərbaycanın reallıqları. Budur Azərbaycanın imkanları. Azərbaycanda çox peşəkar mütəxəssislər, fəhlələr var və “Azərenerji” şirkəti dövlət tərəfindən verilən bütün göstərişləri uğurla icra edir.

Bir daha əvvəlki fikrimə qayıtmaq istəyirəm, ilk növbədə, bu stansiyaların tikintisi Azərbaycanın tələbatını ödəməlidir və ödəyir. Növbəti illərdə biz güclü ixrac potensialının yaranmasına çalışmalıyıq. Yəni növbəti illərdə istismara veriləcək stansiyaların əsas məqsədi bizim həm daxili tələbatımızı ödəmək, həm də ixrac imkanlarımızı genişləndirmək olacaqdır. Beləliklə, Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bizim çox zəngin neft-qaz yataqlarımız var. Azərbaycan çox uğurlu neft strategiyasını icra edir. Bu siyasət, strategiya bizə imkan veribdir ki, öz büdcə xərclərimizi böyük dərəcədə artırmışıq. Azərbaycanda çoxlu infrastruktur layihələri icra olunur. Dövlət investisiya xərcləri artır. Gələn il üçün dövlət investisiya xərcləri ən azı 5 milyard manat səviyyəsində nəzərdə tutulubdur. Beləliklə, biz bu imkanlardan da istifadə edib ölkəmizi hərtərəfli inkişaf etdiririk.

Azərbaycanda son illər ərzində tikilən 1600 məktəb, çoxsaylı tibb ocaqları, idman kompleksləri, yollar, körpülər, qaz, su xətləri - bütün bunların həyata keçməsi üçün maddi imkanlar lazımdır. Biz maddi imkanları, ilk növbədə, iqtisadi artımın hesabına əldə edirik. Azərbaycanda aparılan iqtisadi islahatlar və əlbəttə, uğurlu neft strategiyamızın hesabına biz buna nail ola bilmişik. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası xalqımıza xidmət göstərir, bizim iqtisadi gücümüzü artırır. Beləliklə, bizim siyasi imkanlarımız da artır, Azərbaycan bölgədə çox böyük imkanlara, çox böyük nüfuza malik ölkəyə çevrilmişdir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndikcə, əlbəttə, ölkəmizin milli maraqlarının təmin olunması üçün daha da böyük imkanlarımız yaranır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir və uzun illər ərzində, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət göstərəcəkdir. Bir daha demək istəyirəm ki, bu böyük, gözəl, müasir “Səngəçal” elektrik stansiyasının tikintisi Azərbaycanda aparılan işlərin təzahürüdür. Bizim işlərimizin bariz nümunəsi, məntiqi nəticəsidir.

Mən bu gözəl stansiyanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti MARLEN ƏSGƏROV dövlətimizin başçısına müraciətlə dedi:

-Möhtərəm cənab Prezident, icazə verin, bu gün Sizi ad gününüz münasibətilə bütün xalqımızın adından təbrik edim. Biz bu gün deyə bilərik, Azərbaycanda ənənə halını almışdır ki, dekabrın 24-də və bu ərəfədə yeni obyektlərin açılışında iştirak edirsiniz, xalqımızı təbrik edirsiniz, onun sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu imkanları bəxş edirsiniz. 2006-cı il dekabrın 7-də Xaçmazda, dekabrın 20-də Naxçıvanda stansiyanı işə qoşduq. Keçən il dekabrın 24-də Şirvanda “Cənub” elektrik stansiyasının təməlqoyma mərasimini keçirdik. Bu gün isə biz Səngəçalda bu stansiyanın açılışı mərasimində iştirak edirik.

Biz, xalqımız bu gündə Sizə hədiyyə verməkdən, Sizi təbrik etməkdənsə, Siz bizi təbrik edir, belə gözəl stansiyanın, müasir avadanlıqla təchiz olunmuş, çox zövq oxşayan obyektin açılışında iştirak edirsiniz.

İcazə verin, Sizi ad gününüz münasibətilə bütün xalqımız adından bir daha təbrik edim. Sizə cansağlığı, uzun ömür, xalqımızın rifah halının yüksəldilməsi naminə gördüyünüz mürəkkəb və çətin işlərdə müvəffəqiyyət arzu edim. Sizin ailənizə - Mehriban xanıma, övladlarınıza, nəvələrinizə Allahdan xoşbəxtlik diləyim.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda II Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir