AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUMINİYAYA RƏSMİ SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Buxarest, 29 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 29-da Buxarestdəki “Tey” parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Burada dövlətimizin başçısını və xanımını Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qarşıladı.
Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Parka toplaşmış yüzlərlə şəhər sakini, məktəblilər, Azərbaycan diasporunun fəalları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoydular.
Uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı və xanımı “Tey” parkını gəzdilər, sakinlərlə və Azərbaycan diasporunun fəalları ilə söhbət etdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








