RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FRANSA SENATININ SƏDRİ KRİSTİAN PONSÖLENİN GÖRÜŞÜ
Binanın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul düzülmüşdü. Fransa Senatının sədri Kristian Ponsöle Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Prezident İlham Əliyev ilə Kristian Ponsöle arasında görüşdə ölkələrimizin əlaqələrinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası əlaqələrin səviyyəsində uğurla inkişaf etdiyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndiyi vurğulandı.
Senatın sədri Azərbaycan Prezidentinin Fransaya növbəti səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirdi.
Görüşdə Azərbaycan-Fransa parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlər etməsi məmnunluqla vurğulandı, qanunvericilik orqanları arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.