AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYA KRALI II ABDULLAHIN GÖRÜŞÜ
Davos, 28 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı etdiyi qeyd olundu, yüksək səviyyəli səfərlərin əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu olduğu vurğulandı.
Bildirildi ki, Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Əminlik ifadə olundu ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
