RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 2 iyul (AZƏRTAC). Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyəti vurğulandı.
Polşa Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsində yeni bir mərhələ olduğu qeyd edildi.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######