RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ SURİYA PREZİDENTİ BƏŞŞAR ƏL-ƏSƏDİN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşü olmuşdur.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilmişdir.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə etdilər.
Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirdilər, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
######