AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ
Noyabrın 17-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin xalqlarımızın firavanlığına, bölgədə sülhün, sabitliyin təmin olunması işinə xidmət etdiyi qeyd olundu.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycan ilə Türkiyə, habelə bütün türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi işində mühüm rol oynayacağı vurğulandı.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.