Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib

Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya başsağlığı məktubu göndərib.
“Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik”, - deyə dövlətimizin başçısı məktubda qeyd edib.
Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar Şri-Lanka Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [18:23]
Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO
- 13.05.2025 [17:35]
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
- 13.05.2025 [14:38]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 12.05.2025 [17:28]
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub
- 12.05.2025 [17:21]