Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİNİN VƏ XANIMININ ŞƏRƏFİNƏ

AZƏRBAYCAN PREZİDENTİNİN VƏ XANIMININ ŞƏRƏFİNƏ

Buxarest, 30 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Beseskunun adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir.

Əvvəlcə Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildi.

Rumıniya Prezidenti Trayan BESESKU ziyafətdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident,

Nazirlər,

Hörmətli qonaqlar,

Prezident İlham Əliyevi və onu ölkəmizə rəsmi səfəri çərçivəsində müşayiət edən digər qonaqları Buxarestdə salamlamaqdan olduqca məmnunam. Keçirdiyimiz görüşlər, daimi siyasi dialoq Rumıniya-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasını və yeni mərhələyə qədəm qoyduğunu əks etdirir. Dekabrın 11-də ikitərəfli münasibətlərimizin yeni ildönümünü qeyd edəcəyik. Hesab edirəm ki, əlaqələrimizin son 18 ili ərzində biz ölkələrimizin rifahı naminə bütün təmasları qurmuş və istənilən ümumi layihələrdə iştirak etmişik. Bu səbəbdən biz əməkdaşlığımızı dərinləşdirərək, tərəfdaşlığımızı gücləndirərək və ona yeni çalarlar gətirərək yeni mərhələyə çıxmaq qərarına gəldik. Rumıniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq aparılan xarici siyasətin uğurudur, Azərbaycan ilə Avropa və Avratlantik strukturlar arasında əlaqələrin gücləndirilməsinə töhfə verir.

Region dövlətləri ilə əla münasibətlərə malik olan Rumıniya öz təcrübəsinə əsaslanaraq Avropanın regionda daha qətiyyətli olmasına böyük səylər göstərmiş, region dövlətlərinin Avropaya inteqrasiyası perspektivlərini genişləndirmişdir. Eyni zamanda, qeyd etməliyəm ki, regionda dondurulmuş münaqişələrin olması həm regional səviyyədə, həm də Avropa səviyyəsində təhlükə mənbəyidir.

Prezident Trayan Besesku bildirdi ki, Rumıniya ərazisində həll edilməmiş münaqişələr olan dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək verir. Trayan Besesku Rumıniya ilə Azərbaycan arasında gözəl münasibətlərin olmasını onunla əlaqələndirdi ki, regionda aktual məsələlərlə bağlı ölkələrimizin ümumi siyasi baxışları var və siyasi mövqelərimiz üst-üstə düşür.

Rumıniya Prezidenti dedi:

- Enerji təhlükəsizliyi, enerji daşıyıcılarının nəqli və Avropaya müxtəlif nəql marşrutlarının olması ilə bağlı rəylərimiz eynidir. Aydın faktdır ki, Avropa İttifaqı region ölkələri ilə enerji sahəsində əməkdaşlığını gücləndirərək, siyasi münasibətlərə və qonşuluq siyasətinə təkan vermişdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Rumıniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa söykənən strateji tərəfdaşlıq və əla siyasi işbirliyi Avropa İttifaqının həmin region dövlətləri ilə münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Xanımlar və cənablar, ümid edirəm ki, Azərbaycan və Rumıniya digər region dövlətləri ilə birgə vətəndaşlarımızın rifahına xidmət edəcək və regiona tərəqqi gətirəcək mühüm layihələrin həyata keçirilməsinə çalışacaqlar. Azərbaycan dünya ictimaiyyətinə dəfələrlə nümayiş etdirib ki, o, etibarlı tərəfdaşdır. Biz Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi dəstək rəsmi Bakının bu istiqamətdə apardığı işlərin konkret nümunəsidir. Orada Rumıniya və Azərbaycan əsgərləri təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verirlər.

Rumıniya Prezidenti bir daha əmin olduğunu bildirdi ki, ölkələrimiz arasındakı münasibətlər və bu səfər çərçivəsində imzalanan sənədlər əlaqələrimizə daha zəngin məzmun vermiş, regional səviyyədə apardığımız dialoqa töhfə olmuşdur.

                                                                      x x x

Prezident İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Besesku!

Xanımlar və cənablar!

İlk növbədə cənab Prezident, məni ölkənizə rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edir, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Bu, mənim son beş ildə Rumıniyaya beşinci səfərimdir. Siz də cənab Prezident, son üç ildə Azərbaycana dörd dəfə səfər etmisiniz. Belə səfərlər gözəl bir ənənənin əsasını qoyaraq, ölkələrimiz arasındakı münasibətlərin nə qədər dinamik inkişaf etdiyini göstərir. Rumıniya-Azərbaycan münasibətlərinin çox böyük əhəmiyyəti vardır. İnanıram ki, ölkənizə rəsmi səfərim, səfər zamanı ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında apardığımız danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafına təkan verəcəkdir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Rumıniya bizi tanıyan ikinci dövlət olmuşdur. Elə o vaxtdan ikitərəfli münasibətlər qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında inkişaf etməyə başlamışdır. Müxtəlif sahələrdə əlaqələrimizin inkişafını təmin edən 40-dan çox sənəd imzalanmışdır. Bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə demək olar ki, son illər ərzində görülən işlərin zirvəsi və məntiqi nəticəsidir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün çox gözəl perspektivlər vardır. Regional əməkdaşlıq baxımından, Xəzər dənizi-Qara dəniz əməkdaşlığı baxımından Rumıniya-Azərbaycan əlaqələrinin çox böyük əhəmiyyəti vardır. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və GUAM formatında əməkdaşlığımız böyük məmnunluq doğurur. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması istiqamətində səylərimiz bizi daha da yaxınlaşdırır. Avratlantik təsisatlara inteqrasiyada, “Şərq tərəfdaşlığı” təşəbbüsü və NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində əməkdaşlıqda Rumıniyanın Azərbaycana dəstəyi əsl dostluq münasibətidir. Neft-qaz sahəsində əməkdaşlığımız dərinləşir və mən çox şadam ki, bu gün keçirdiyimiz danışıqlar zamanı gələcək əməkdaşlıq haqqında konkret qərarlar verilmişdir.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinin həlli işində öz səylərini göstərir və gələcəkdə də bu səylər göstəriləcəkdir. Azərbaycanın təşəbbüsü ilə 1990-cı illərin ortalarında başlanmış və uğurla icra edilən böyük transmilli layihələr, neft-qaz kəmərlərinin inşası bu gün yeni kəmərlərin, yeni layihələrin icrasına təkan verir. Nabukko layihəsinin icrası, şübhəsiz, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra daha da real layihə kimi təqdim edilir. Bu gün biz Azərbaycanın neft-qaz resurslarının Avropa bazarlarına çıxarılmasına dair öz fikirlərimizi, öz qəti mövqeyimizi bir daha bildirdik. Bir daha bildirdik ki, Azərbaycan şaxələndirmə ilə bağlı bütün layihələrə öz siyasi və praktiki dəstəyini göstərir.

Ölkəmizdə əsaslı siyasi, iqtisadi və sosial islahatlar aparılır. Aparılan islahatlar nəticəsində son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Hətta bu il, baxmayaraq ki, dünyada qlobal maliyyə böhranı hökm sürür, Azərbaycan iqtisadiyyatı inkişaf edir.

Lakin əfsuslar olsun ki, regionumuzda təhlükələr də mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafı yolunda böyük maneə olaraq qalır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunmalıdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Rumıniyanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Bu gün, cənab Prezident, Siz bir daha Rumıniyanın ədalətli mövqeyini öz çıxışınızda qeyd etdiniz. Buna görə mən Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, dost ölkənizə səfərimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram. Bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Rumıniya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh – 2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur