Azərbaycan qadınları müxtəlif sahələrdə ciddi uğurlara imza atırlar
Bakı, 10 mart, AZƏRTAC
Niderlandın Brabant əyalətinin Nijmegen şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin üzvü, əyalətdə fəaliyyət göstərən Azərbaycanlılar Mərkəzinin sədri Ofelya Babayeva Azərbaycan qadınlarının həyatından, onların cəmiyyətdə tutduqları mövqedən, kişilərlə bərabər hüquqa malik olmalarından bəhs edib.
1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bütün vətəndaşların bərabər hüquqlarının tanındığı, xüsusilə qadınlara seçki hüququnun verildiyi, tarixi Vətənimizin bu məsələdə Qərbin inkişaf etmiş ölkələrini, o cümlədən ABŞ və Fransanı da qabaqladığı vurğulanıb.
Ofelya Babayeva Azərbaycan qadınları müasir dövrdə də müxtəlif sahələrdə çalışmaqla böyük uğurlar qazandıqlarını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [16:41]