Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN, QAZAXISTAN, RUSİYA VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ

AZƏRBAYCAN, QAZAXISTAN, RUSİYA VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ

Aktau, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olmuşdur.

Əvvəlcə görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşü açaraq dedi:

-Çox təşəkkür edirəm ki, Siz bu gün, cümə günü Qazaxıstanın Xəzər dənizinin yaxınlığında yerləşən daha bir guşəsini sizə qeyri-rəsmi şəraitdə göstərə bilmək, istirahət günlərini burada keçirmək, işlərimiz, ölkələrimiz arasında ticarət barədə söhbət etmək üçün mənim təklifimi qəbul etdiniz. Bu da çox vacibdir ki, Qazaxıstan buradan, Aktau ərazisindən Bakı, Mahaçqala, Türkmənbaşı ilə ticarət edir və biz dövlətlərimizin hamısının rifahı naminə bu işi gücləndirə bilərik. Bu gün biz Xəzər dənizi problemini müzakirə etmirik - təbii ki, bu, başqa mövzudur. Biz həmin mövzunu axırıncı dəfə Tehranda müzakirə etdik, növbəti görüşü Bakıda keçirmək qərara alındı. Ümid edirik ki, yaxın gələcəkdə biz hamımız, Tehran tərəfinin də iştirakı ilə, bir yerə toplaşacaq və hamımız üçün vacib olan bu məsələni müzakirə edəcəyik. Buna görə bu məsələ bizim bugünkü gündəlikdə yoxdur. Bu görüş qeyri-formal görüşdür. Biz burada ikitərəfli, çoxtərəfli məsələləri müzakirə edə və Xəzər sahilində vaxtımızı xoş keçirə bilərik. Sağ olun.

X X X

Sonra Rusiya Federasiyasının Prezidenti Dmitri MEDVEDEV çıxış edərək dedi:

-Hörmətli həmkarlar, mən Sizin hamınızın yanında Nursultan Abişeviçə bizi burada vaxtımızı keçirməyə dəvət etdiyinə görə təşəkkür etmək istərdim. Hər halda bura mənim üçün tamam təzə yerdir. Mən Aktauya və gedəcəyimiz başqa yerlərə məmnuniyyətlə tamaşa edəcəyəm. Söhbət üçün mövzular isə kifayət qədərdir. İndicə biz Orenburqda ikitərəfli görüş keçirdik. Bizim hamımızın ikitərəfli layihələrimiz vardır. Onları inkişaf etdirmək lazımdır, söhbət üçün mövzu da vardır.

Mən hesab edirəm ki, əlbəttə, Xəzər mövzusu bu məsələyə aidiyyəti olan bütün dövlətlərin iştirakı ilə müzakirə olunmasını tələb edir. Buna görə də təklif edilən ideya - burada müzakirələr aparmaq və sonra Tehran görüşünün qərarına əsasən Bakıda keçiriləcək Sammitə hazırlaşmaq səmərəli ideyadır. Əlbəttə, İlham Heydər oğlu bizi öz Vətəninə qonaq çağıracaqdır. Lakin əsas məsələ, əlbəttə, o vaxta qədər bu və ya digər baza parametrləri barəsində razılığa gəlməkdir.

Bugünkü görüşün gündəliyinə gəldikdə isə, zənnimcə, həqiqətən kifayət qədər məsələ vardır. Bunlar həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdir. Qarşıda BMT-nin Baş Məclisi kimi bir neçə iri beynəlxalq tədbir gözlənilir. Biz həmin tədbirdə bu və ya digər qisimdə iştirak edəcəyik. Baş Məclisdən sonra dünyanın ən iri iqtisadiyyata malik olan 20 ölkəsinin liderlərinin görüşü keçiriləcəkdir. Bu məsələyə dair Rusiyanın mövqeyi, bizim nə təklif etməyə hazırlaşmağımız, hansı mərhələdə olmağımız barədə sizə yoldaşcasına məlumat vermək istərdim. Görünür, iqtisadiyyatlar gərgin vəziyyətdən çıxmağa başlayır. Lakin arxayınlaşmaq hələ tezdir və çox vacibdir ki, dünya birliyi, ən iri iqtisadiyyatlar beynəlxalq maliyyə sistemində islahatlar və onun yenidən qurulması istiqamətində növbəti addımlar atsınlar.

Mən hiss edirəm ki, bu gün heç də hamı buna çalışmır. Bəziləri istəyir ki, bütün bu vəziyyəti olduğu kimi donduraq və deyək ki, hər şey yaxşı idi. Deməli, heç kəsin heç bir təqsiri yoxdur və gələcəkdə daha yaxşı olacaqdır. Əslində isə, heç də belə deyildir. Beynəlxalq maliyyə sisteminin əsaslı şəkildə yenidən qurulmasına bizim hamımızın ehtiyacı var və dünya maliyyə böhranının təsirini ölkələrimiz, ümumiyyətlə, öz üzərlərində hiss edirlər. Hamımızın çətinlikləri vardır. Buna görə də mən məsələyə öz yanaşmalarımızı sizinlə müzakirə etmək və ola bilsin ki, müəyyən ümumi mandata malik olub, iyirmilərin görüşündə bu mövqeyi müdafiə etmək istərdim. Əlbəttə, başqa məsələləri də imkan daxilində müzakirə etmək lazımdır. Sağ olun.

X X X

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Nursultan Abişeviç, dəvətinizə görə, bu gün gözəl Qazaxıstan torpağında olmağımıza görə sağ olun. Həqiqətən, burada çox düzgün olaraq deyildi ki, Xəzər dənizi məsələlərini beştərəfli formatda, yəni İranın iştirakı ilə nəzərdən keçirmək yaxşı olardı. Onu da düzgün dedilər ki, bizim aramızda həm dövlətdaxili, həm də regional xarakterli çoxlu məsələlər yığılıb qalmışdır. Mənim fikrimcə, bizim görüşümüz prinsip etibarilə əməkdaşlıq məsələlərində çox yaxşı nəticələr verəcəkdir. Sağ olun.

X X X

Daha sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli Nursultan Abişeviçə bizi qardaş Qazaxıstana dəvət etdiyi üçün təşəkkürümü bildirmək istərdim. Mən Sizin ölkəyə gələrkən, - həm ünsiyyətdə olmaq, həm də yeni şəhərlərlə tanışlıq imkanına görə, - həmişə çox yaxşı hisslər keçirirəm. Biz müxtəlif tədbirlərdə, o cümlədən MDB-nin formal və qeyri-formal sammitlərində tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz təbii prosesdir və Sizin təşəbbüsünüzlə keçirilən bugünkü görüş də qarşılıqlı maraq doğuran məsələlərə dair, qeyri-formal şəraitdə, gündəliyi təsdiq edilməmiş, istər çoxtərəfli, istərsə də ikitərəfli formatda, sadəcə, fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradacaqdır. Ölkələrimiz arasında çox yaxşı münasibətlər vardır. Təbii ki, biz Xəzəryanı dövlətlərin Tehranda keçirilmiş axırıncı sammitində qərara alındığı kimi, növbəti sammiti Bakıda keçirməyə hazırlaşırıq. Fəal iş gedir, ekspertlər işləyir və əlbəttə, istərdik ki, biz Bakıda keçiriləcək sammitə konkret qərarlarla gedək, elə edək ki, bu sammit də Tehran sammiti kimi irəliyə doğru böyük bir addım olsun. Tehran sammitinin qərarları çox vacibdir və əminəm ki, həmin qərarların həyata keçirilməsi nəticəsində Xəzər dənizinin delimitasiyası məsələləri dostluq, mehriban qonşuluq zəminində uğurla həll ediləcəkdir. Bu gün ölkələrimiz arasında başqa sahələrdə də mövcud olan məsələləri müzakirə etmək üçün, sadəcə yaxşı imkan yaranmışdır.

Mən hörmətli həmkarlarımı bir daha salamlamaq və Nursultan Abişeviç, Sizə təşəkkür etmək istərdim ki, Siz, adətən olduğu kimi ünsiyyət üçün bu cür gözəl şərait yaradırsınız.

X X X

Nursultan NAZARBAYEV təşəkkür edərək dedi:

-Əziz dostlar! İndicə Dmitri Anatolyeviçlə Orenburqdan, ikitərəfli regional görüşdən gəlmişik. Bizim Rusiya ilə, Türkmənistanla, Azərbaycanla çox səmimi, etimada əsaslanan münasibətlərimiz vardır. Bizim aramızda ciddi, böyük problem yoxdur. Yaranan digər problemləri danışıqlar yolu ilə həll edə bilərik və biz hamımız belə də edirik. Bu söhbət, sərbəst fikir mübadiləsi bizim hamımızın xeyrinə, xalqlarımızın xeyrinə olacaqdır! Çox sağ olun ki, buradasınız. Təşəkkür edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub