“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞININ İSTİFADƏSİ HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞDA QƏBUL EDİLMİŞDİR
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü İlqar Qılıcov demişdir ki, layihədə dövlət bayrağının statusu, bayrağın qaldırıldığı, təsvirinin yerləşdiyi yerlər, rəsmi tədbirlər zamanı istifadəsi, bayram və matəm günlərində qaldırılması (salınması), digər bayraqlarla birgə yerləşdirilməsi (qaldırılması) və başqa müddəalar öz əksini tapmışdır.
Dövlət bayrağının istifadəsi qaydalarını müəyyən edən bu layihə birinci oxunuşda müzakirə olunarkən deputatlar bir sıra irad və təkliflərlə çıxış etmişdilər.
Əsas narazılıq qanunun adı ilə bağlı olmuşdur və işçi qrupu bu təklifi nəzərə almışdır. Bundan başqa, digər maddələrə də bir sıra əlavələr və dəyişikliklər edilmişdir.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunduqdan sonra deputatlar “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin ikinci oxunuş müzakirəsinə başlamışlar. Müzakirələr Milli Məclisin növbəti iclasında davam etdiriləcəkdir.