AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident,
Sizi ad gününüz münasibətilə bütün həmvətənlərimin adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram.
Sizin simanızda biz həmişə Polşa ilə səmimi dostluq münasibətlərinin tərəfdaşını görmüşük. Dövlətlərimizi və ölkələrimizin ictimaiyyətlərini birləşdirən əlaqələrin daha da möhkəmlənməsinə yönəldilmiş fəaliyyətiniz bizim üçün olduqca önəmlidir.
Polşa Respublikasının hökumət orqanları Sizin ölkənizdə həyata keçirilən islahatları dəstəkləyir. Biz Azərbaycanın Avropa və Avratlantik strukturlarına inteqrasiyasının tərəfdarıyıq. Biz həmçinin Polşa ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk.
Cənab Prezident, Sizə bir daha səmimi təbriklərimi çatdırır, hörmət və ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Lex Kaçinski
Polşa Respublikasının Prezidenti
Varşava, 24 dekabr 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]