AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndik.
“YUNOKAL Xəzər Ltd.” korporasiyası və “YUNOKAL Bi-Ti-Ci Payplayn Ltd.” boru kəməri şirkəti adından Sizin ailənizə və Azərbaycan Respublikasının bütün xalqına səmimi başsağlığımızı veririk.
Prezident Heydər Əliyevin rəhbərliyi daha da güclü ölkənin və daha da sabit regionun qurulmasına kömək etmiş və Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutmasında həlledici rol oynamışdır. O, müstəqil Azərbaycanın inkişaf etdirilməsinə verdiyi böyük töhfəyə görə, eləcə də xalqın mənafeyi naminə enerji sektorunun inkişafının və müasirləşdirilməsinin stimullaşdırılması məqsədi ilə xarici sərmayələrin cəlb edilməsi üçün atdığı böyük addımlara görə yadda qalacaqdır.
Prezident Heydər Əliyevə həyatına görə, sələflərimiz və “YUNOKAL” korporasiyasının biz tərəfdən Bakıda təmsil olunan bir çox rəhbər işçilərinə bəslədiyi səmimi dostluq hisslərinə, onlara göstərdiyi lütfkarlığa görə minnətdarıq. Onun vəfatı bizi kədərləndirir, xalqınızın dərdinə şərik oluruq. Onun davamlı irsindən gələcək nəsillər də faydalanacaqdır.
Ən xoş arzularla,
Stefen U.Qrin,
Amerikanın “YUNOKAL” korporasiyasının
beynəlxalq enerji əməliyyatları üzrə
vitse-prezidenti,
“YUNOKAL Xəzər Ltd.” şirkətinin
sədri.
“YUNOKAL Bi-Ti-Ci Payplayn Ltd.”
boru kəməri şirkətinin prezidenti.
15 dekabr 2003-cü il.