AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın bu yaxınlarda vəfat etməsi xəbərini öyrəndikdə kədərləndim və bununla əlaqədar Sizin və ailənizin dərdinə şərik olduğumu ifadə etmək istərdim. 2001-ci ildə Avropa İttifaqı – Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində iştirak etmək məqsədi ilə Bakıya gəlişimizdə Sizin atanızla keçirdiyim görüşü yaxşı xatırlayıram. Mən ölkənizin inkişafı üçün onun öz üzərinə öhdəlik götürməsindən xüsusilə təəssüratlandım. O, Azərbaycanın rifahına yardım edən bir çox əhəmiyyətli islahatlar həyata keçirmişdir. Mən həmçinin onun Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi sahəsində əməyini yüksək dəyərləndirirəm. Bu münasibətlərin Sizin Prezidentlik dövrünüzdə də gücləndiriləcəyinə ümid edir və qarşıdan gələn çətinliklərlə mübarizənizdə Sizə müvəffəqiyyətlər arzulayıram.
Bir daha səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, Sizin
Ursula Şleyxer,
Avropa İttifaqı - Azərbaycan
Parlamentlərarası Əməkdaşlıq
Komitəsinin sədri.