AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz cənab Prezident,
Zati–aliləri Heydər Əliyevin vəfatı xəbərini ürək ağrısı ilə öyrəndim. Prezidentliyi dövründə onun yorulmaz səyləri sayəsində Azərbaycan yeni, müstəqil ölkə kimi inkişaf etmiş, öz iqtisadi potensialını gücləndirmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Cənab Prezident, bu kədərli hadisə ilə əlaqədar Sizə, ailənizə və Azərbaycan xalqına ürəkdən başsağlığı verirəm.
Səmimiyyətlə Sizin,
Fits Zurbrüqq,
Beynəlxalq Valyuta Fondunun
Azərbaycan üzrə icraçı direktoru.
Vaşinqton,15 dekabr 2003-cü il.