AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Sizin atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük sarsıntı və kədər hissi ilə aldım.
Qvineya xalqı və hökuməti Sizin ağrı və kədərinizi ürəkdən bölüşürlər.
İcazə verin, Sizə, ailənizə və Azərbaycan xalqına səmimi başsağlığımı bildirim.
Xahiş edirəm, Sizə dərin hörmət bəslədiyimə əmin olasınız.
general Lansana Konte,
Qvineya Respublikasının Prezidenti.