AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qardaş Azərbaycan xalqına üz vermiş kədəri – Prezident Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı xəbərini ürək ağrısı və hüznlə qarşıladım. O, Sizin üçün ata, dost, yolgöstərən və həmkar idi. Yeni Azərbaycanın təşəkkülündə və inkişafında onun başladığı işləri davam etdirməyə Sizin tarixi imkanınız var.
Doğma və əziz insanın itkisi ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin. Sizinlə birlikdə kədərlənirəm. Heydər Əlirza oğlunun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Viktor Kalyujnı
Rusiya Federasiyası xarici işlər nazirinin
müavini, Rusiya Prezidentinin
Xəzər dənizinin statusunun tənzimlənməsi
məsələləri üzrə xüsusi nümayəndəsi
Moskva, 15 dekabr 2003-cü il.