AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Brüsselə qayıtdıqdan sonra mən sevimli atanız Heydər Əliyevin vəfatı xəbərini böyük kədər hissi ilə aldım.
Əlbəttə, atanız Sizin yaddaşınızda və bütün dünyanın yaddaşında yeni müstəqillik qazanmış Azərbaycan Respublikasını vətəndaş müharibəsindən və parçalanmadan xilas etmiş, neft sektoruna xarici sərmayə qoyuluşu üçün Azərbaycanın qapılarını açmış və beləliklə, öz ölkəsinin davamlı sosial-iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış adam kimi qalacaqdır.
Azərbaycan Respublikasının yeni Prezidentinin andiçmə mərasimindəki nitqinizdə dediyiniz kimi, Heydər Əliyevin sabit, iqtisadi cəhətdən sağlam, sosial cəhətdən ədalətli və siyasi cəhətdən plüralist cəmiyyət qurmaq siyasətinin davamı onun üçün ən böyük abidədir.
İcazə verin, atanız Prezident Heydər Əliyevi itirməyinizlə bağlı şəxsən Sizə, ailənizə və Azərbaycan Respublikasının bütün əhalisinə bir daha səmimi başsağlığı verim.
Səmimiyyətlə Sizin,
Antonius U. De Vris,
Avropa Komissiyasının Azərbaycan
Respublikasındakı xüsusi elçisi.
Brüssel, 14 dekabr 2003-cü il.