AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Sizi əmin etmək istəyirəm ki, dünya siyasətində böyük rol oynamış müdrik siyasətçinin, bütün Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin təminatçısı olmuş insanın həyatdan getməsi təkcə bir ailənin və ya respublikanın kədəri deyil, həm də bütün dünya birliyinin kədəridir.
Hörmətli Heydər Əlirza oğlunun həyatdan getməsi atanızın uğurla başladığı işin – güclü və çiçəklənən Azərbaycan Respublikası qurmaq işinin davam etdirilməsi sahəsində Sizin üzərinizə, Azərbaycan Respublikası Prezidentinin üzərinə daha böyük məsuliyyət qoyur.
Allah Sizi hifz etsin.
Ehtiramla, həmişə Sizin dostunuz,
David Axvlediani,
Gürcüstanlı sahibkar.
Tbilisi, 17 dekabr 2003-cü il.