AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqı və Sovet İttifaqının xalqları üçün çox işlər görmüş görkəmli dövlət xadimi və siyasi xadim həyatdan getdi.
Heydər Əlirza oğlu tarixdə istedadlı və cəsarətli rəhbər, Qafqaz xalqlarının Rusiya ilə dostluğunun möhkəmlənməsinin tərəfdarı kimi qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində o, Cənubi Qafqazda hələ də közərməkdə olan münaqişə ocaqlarını danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə söndürməyə çalışırdı.
Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı Heydər Əliyevin müəyyənləşdirdiyi yolla bundan sonra da gedəcəkdir.
Sizə üz vermiş ağır itkiyə – doğma atanızı itirməyinizə dəyanətlə dözməyi ürəkdən arzulayıram.
Səmimi başsağlığımı qəbul edin.
Dərin hörmətlə,
Ara Abramyan,
“Rusiya Erməniləri İttifaqı” Ümumrusiya
İctimai Təşkilatının prezidenti.
Moskva, 14 dekabr 2003-cü il.