AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli atanız Heydər Əliyevin vəfatı ilə əlaqədar öz adımdan və “Boinq” şirkəti adından Sizə və Azərbaycan xalqına səmimi başsağlığı verirəm.
Prezident Heydər Əliyev dövlət xadimi kimi ilhamlandırıcı liderliyinə görə ehtiram, Azərbaycanın fenomenal inkişafına rəhbərliyinə görə hörmət sahibi idi. Məhz onun rəhbərliyi ilə “Boinq” şirkətinə Azərbaycanın aviasiya sektorunun inkişafında iştirak etmək üçün imkan yaradıldığını yüksək qiymətləndiririk.
Prezident Heydər Əliyevin vəfatı təkcə Azərbaycanı deyil, onu tanıyan və böyük lider kimi ona hörmət bəsləyən bizim hamımızı da dərindən kədərləndirir.
Alan Mulalli,
“Boinq” kommersiya təyyarələri şirkətinin
prezidenti və baş icraçı direktoru.
18 dekabr 2003-cü il.