AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, möhtərəm Heydər Əliyevin əbədiyyətə qovuşması xəbərini eşidəndə dərin sarsıntı və üzüntü keçirdim.
Doğma Azərbaycanımızın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi böyük Heydər Əliyevə bütün dünyada əbədi şöhrət qazandırmışdır.
Cənab Prezident, möhtərəm Heydər Əliyevin ruhunun şad olmasını ürəkdən diləyir, Zati-alilərinizə, ailə üzvlərinizə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm.
Hörmət və ehtiramla,
Dağıstan Turanlı,
Türkiyənin “DNT Holdinq” şirkətinin
Prezidenti.