AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mərhum Prezidentə Allahdan rəhmət diləyir, Zati–alinizin və bütün Azərbaycan xalqının dərin kədərini ən səmimi hisslərlə bölüşürəm.
Yeganə təsəllim Azərbaycanın gələcəyinə olan inamımdır.
Prezident Heydər Əliyevin göstərdiyi yolda və Zati-alinizin liderliyi ilə Azərbaycanın demokratiya və müstəqillik yolunda heç vaxt büdrəmədən qətiyyətlə addımlamağa davam edəcəyinə, qardaş Azərbaycan xalqının milli inkişaf yolunda birlik və bərabərlik şəraitində işləyərək mütləq uğur qazanacağına tam inanıram.
Hörmətlə,
Hüseyn Bayraqdar “Bayraqdar Holdinqin” İdarə
heyətinin fəxri sədri
22 dekabr 2003-cü il